Bakıda avtomobil tələbə qızı vurdu: sürücü qaçdı

Bakıda avtomobil tələbə qızı vurdu: sürücü qaçdı
13:47 15 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kollec tələbəsini avtomobil vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Balaxanı qəsəbəsi 6-cı Mədən ərazisində baş verib.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2-ci kurs tələbəsi, 1997-ci il təvəllüdlü Qululu Aytac Taryel qızı dərsdən evə qayıdan zaman naməlum avtomobil onu vurub. Tələbəni vuran sürücü hadisə yerindən qaçıb. 

Qəsəbə sakinləri tələbə qızı yaralı vəziyyətdə 6-cı Mədən ərazisindəki 11 nömrəli evin qarşısında görüblər. O, dərhal təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində A.Qululu kəllə-beyin travması alıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

İlkin ehtimala görə, naməlum avtomobilin sürücüsü A.Qululunu vurandan sonra onu yaralı vəziyyətdə evin qarşısına qoyub hadisə yerindən uzaqlaşıb. Çünki 11 nömrəli evin sahibinin hadisədən xəbərsiz olduğu ortaya çıxıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR