Bakıda qızıl alverçisi şərikinin brilyantlarını və qızıl-zinət əşyalarını mənimsəyib

Bakıda qızıl alverçisi şərikinin brilyantlarını və qızıl-zinət əşyalarını mənimsəyib
13:57 15 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Nizami rayonunda yerləşən "Lotos" Ticarət Mərkəzinin mağazalarının birində dələduzluq qeydə alınıb.
“Report”un xəbərinə görə, orada işləyən Eldar Məmmədov bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
İ.Məmmədov ərizəsində bildirib ki, Qara Qarayev prospekti 86-da yerləşən "Lotos" Ticarət Mərkəzində şərikli qızıl alveri ilə məşğul olub. 
O qeyd edib ki, bu ilin avqustun 13-də şəriki 1975-ci il təvəllüdlü Aygün Aslanova mağazadakı seyfdən 39 min manat dəyərində 47 ədəd brilyant və 11 min manat dəyərində qızıl-zinət əşyaları götürüb və mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-qizil-alvercisi-serikinin-brilliantlarini-ve-qizil-zinet-esyalarini-menimseyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR