Əməkdar artist: "Xaricdə qazandığım pullar məni yaşadır"

Əməkdar artist: "Xaricdə qazandığım pullar məni yaşadır"
14:37 15 Oktyabr 2016
28 Şou
Ölkə mətbuatı
A- A+

"Lider" telekanalında yayımlanan "Tezdən oyan" verilişinin qonağı əməkdar artist Yaqub Zurufçu olub. 

Axşam.az-ın məlumatına görə, aparıcılar Könül MuxtarovaElçin İmanovun Azərbaycanda konsert verməməsi ilə bağlı suallarına ifaçı belə cavab verib:

"Almaniyada, İsveçdə konsertlərim olub. İndi Londona gedəcəyəm. Hərəsi 1 ay vaxt aparır. Burada konsert verəndə xaricdəki konsertlərdən qalıram. Azərbaycandakı hazırkı vəziyyət yaxşı musiqi tələb etmir. Keçmişdə insanların düşüncəsi başqa idi, kitab oxuyurdular.

İndikilər ancaq internetə baxırlar. Musiqiyə sevgi yoxdur. Sadə və ritmik musiqini daha çox bəyənirlər. Öz musiqimizdən geri qalmışıq. Mən də bununla razılaşmıram. Konsert versəm, qorxuram camaata maraqlı gəlməyə. Buna sponsor lazımdır, böyük komanda çalışmalıdır. Hamısı riskdir".

Y.Zurufçu toylara getməməyinin səbəbini açıqlayıb:

"İnsan yaşa dolduqca düşüncələri artır, savadı çoxalır. Çalışır ki, gözəl əsərlər yarada. Cavanlıq hallarından çıxıb, özü kimi düşünməyə başlayır. İndiki halda çalışıram sənətdə iz qoyum. Ehtiyacım yoxdur, xaricdə konsertlərdən qazandığım məni yaşadır, bəs edir. Mən yaşda kişinin toya getməsi lazım deyil. Özəl dəvət olanda, baxıram kimdir, nəçidir, sonra düşünürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR