Aıçılıların da "qara siyahısı" olacaq

Aıçılıların da "qara siyahısı" olacaq
14:52 15 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

 Bal yarmarkasına saxta məhsul gətirən arıçılar "qara siyahı"ya düşəcəklər.

Trend-in məlumatına görə, bunu yarmarkada iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Nazir müavinin sözlərinə görə, keyfiyyətli balla bağlı tələblərin artmasından sonra 55 arıçı yarmarkada iştirak etmək üçün bildirişlərini geri götürüblər: "Bu il biz yoxlamaları iki mərhələdə keçiririk - əvvəlcə zona, daha sonra isə respublika laboratoriyalarında yoxlama aparılır. Bundan başqa biz gələcəkdə yarmarkaya saxta bal çıxaran arıçıların "qara siyahı"sını tərtib etməyi planlaşdırırırq.

S.Talıbovun sözlərinə görə, bu dəfə yarmarkaya aşağı keyfiyyətli olması səbəbindən 23,5 ton məhsul buraxılmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR