Baş nazirin müavini icbari tibbi sığortanın tətbiqindən DANIŞDI: "İki əsas hədəf var"

Baş nazirin müavini icbari tibbi sığortanın tətbiqindən DANIŞDI: "İki əsas hədəf var"
14:52 15 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə əlaqədar pilot səviyyədə layihələr bu yaxınlarda həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Yevlax rayonu və Mingəçevir şəhərində pilot şəkildə bir neçə ay ərzində nəzərdə tutulan prinsiplər əsasında icbari tibbi sığorta tətbiq ediləcək və o nəticələr əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.

Baş nazirin müavini vurğulayıb ki, bununla bağlı təkliflər hazırlanıb, onlara baxılır və lazımi ekspertizadan keçirilməlidir:

"Bizim burada qarşımıza qoyduğumuz iki əsas hədəf var. Birincisi, icbari tibbi sığortanın və tibbi xidmətlərin yüksək səviyyədə təmin edilməsi üçün lazım olan zəruri vəsaitlər toplansın, digər tərəfdən isə bu, vətəndaşların büdcəsində ağır yükə çevrilməsin. Bu iki vəzifənin əlaqələndirilməsi istiqamətində işlər aparılır və hazır olan kimi ictimaiyyət məlumatlandırılacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR