Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsini tərk edəcək

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsini tərk edəcək
14:57 15 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven yaxın aylarda postunu tərk edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Paralimpiya Komitəsinin rəhbəri Vladimir Lukin məlumat verib.
Onun sözlərinə görə, F.Kreyven artıq 3 dəfə prezident seçildiyindən "limiti doldurub", daha Komitə rəhbəri ola bilməz.
Qeyd edək ki, yeni prezident seçkilərinin baş tutacağı BPK-nın Baş Assambleyası 2017-ci il sentyabrın 7-8-də Əbu-Dabidə keçiriləcək. Assambleyanın sessiyasında 150-dən çox ölkədən 550-dən çox nümayəndə iştirak edəcək.
Xatırladaq ki, F.Kreyven 2001-ci ildən BPK-nın prezidentidir, 2003-ci ildən isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/beynelxalq-paralimpiya-komitesinin-prezidenti-vezifesini-terk-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR