Bu ilin sonunadək Bakıda iri "yaşıl market"lər fəaliyyətə başlayacaq.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
Nazir müavini bildirib ki, ilin sonuna qədər Bakıda 3 iri həcmli "yaşıl marketlər"in açılışı həyata keçiriləcək.
“Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş iş aparılır. Bu sadəcə bir mexanizmdir. Biz bazarlara çıxmaq imkanlarının artırılması üçün digər mexanizmlər də hazırlayırıq. Artıq ayrı-ayrı bölgələrdə "Fermer evləri"nin açılışı həyata keçirilir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş iş aparılır".
Nazir müavini qeyd edib ki, ölkə regionlarında mütəmadi olaraq kənd təsərrüfatı məhsulları yarmarkasının keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, artıq təklif layihəsi artıq ölkə hökumətinə təqdim edilib.