"VAZ"la traktor toqquşdu - Sürücülər dalaşdılar - VİDEO - FOTO

"VAZ"la traktor toqquşdu - Sürücülər dalaşdılar - VİDEO - FOTO
15:05 15 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə minik maşını traktorla toqquşub.

ARB Kəpəz xəbər verir ki, qəza həm sərnişinin yaralanmasına, həm də tərəflər arasında mübahisə yaranmasına səbəb olub.

Qalmaqal yaradan yol qəzası Gəncə-Şəmkir magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib. Şəmkirin Kür qəsəbə sakini, 25 yaşlı Qəzənfər İsmayılovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən Göygölün Qırıxlı kənd sakini Maarif Əsgərova məxsus traktorla toqquşub. Nəticədə "VAZ"-ın sürücüsünün anası Şölə Ələkbərova müxtəlif bədən xəsarərtləri ilə Gəncə Şəhər TTYX çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hər iki nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olub. Traktor yolun sağ tərəfinə dönmə əməliyyatı edərkən "VAZ" ona çırpılıb.

Qəzənfər İsmayılov - VAZ-ın sürücüsü: "Mən Gəncəyə xəstəxanaya gedirdim. Birdən traktor yolun sağ tərəfindən digər hissəyə dönmək istədi. Bu zaman avtomobili saxlaya bilmədim. Qəza baş verdi".

Günahın hansı sürücüdə olduğu isə aparılan araşdırmalardan və təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/479701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR