"Gizlənpaç"ın təqdimat günü və bilet qiymətləri məlum oldu - FOTO

"Gizlənpaç"ın təqdimat günü və bilet qiymətləri məlum oldu - FOTO
15:17 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktyor Müşviq Şahverdiyevin "Gizlənpaç" filminin təqdimat günü bəlli olub.

Müşviq Şahverdiyev Milli.Az-a verdiyi açıqlamasında, ekran işinin noyabrın 11-dən etibarən şəhərin bütün kinoteatrlarında nümayiş olunacağını bildirib: "Çox böyük əziyyətlər çəkdik, çətinliklərlə üz-üzə gəldik, amma sonda meydana əla bir film çıxardıq. Çox iddialıyıq, gözəl filmdir. "Gizlənpaç"a ailəlikcə gəlib baxa bilərsiniz.

Uşaqlarla isə tam rahat. Bu film mənə çox doğmadır. Digər iki filmimdən çox bunu istəyirəm Qala gecəsi "Nizami" Kino Mərkəzində noyabrın 11-də, saat 19.00 keçiriləcək və biletlər məhdud saydadır. Qala gecəsinə biletlərin qiyməti 15 AZN-dir. Noyabrın 12-dən isə bütün kinoteatrlarda biletlər 4-7 AZN arasında olacaq. Hər kəsi dəvət edirik. Peşman olmayacağınıza əmin olun. Gəlin birlikdə gülək".

Qeyd edək ki, ekran işində M.Şahverdiyevlə yanaşı, İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov rol alıblar. Romantik komediya janrında olan filmin rejissoru Elmir Süleymanovdur.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/479703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR