XİN-dən qəzaya düşən diplomatla bağlı AÇIQLAMA

XİN-dən qəzaya düşən diplomatla bağlı AÇIQLAMA
15:22 15 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrə istinadən bəzi KİV-də Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin diplomatik heyətinə aid əməkdaşının sərxoş vəziyyətdə qəza törətməsi barədə verilən məlumat düzgün deyil.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati-texniki heyətinə aid olan əməkdaşın iştirakı ilə avtomobilin texniki nasazlığına görə yol-hərəkət hadisəsi baş verib: "Ukrayna hüquq-mühafizə orqanlarının bu yol-hərəkət hadisəsi ilə əlaqədar hazırladığı aktda da sürücünün sərxoş vəziyyətdə olmadığı təsdiq edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yalnız yol kənarında dayanan avtomobilə zərər dəyib".

Hikmət Hacıyev, həmçinin qeyd edib ki, bəzi media orqanları sosial şəbəkələrdə gedən yoxlanılmamış materiallardan istifadə edərkən ehtiyatlı davranmağı və verilən məlumatları ilk öncə dəqiqləşdirməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR