Azərbaycanda məktəb direktoru rayon təhsil şöbəsinə müdir təyin edilib

Azərbaycanda məktəb direktoru rayon təhsil şöbəsinə müdir təyin edilib
17:07 15 Oktyabr 2016
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 15 oktyabr. REPORT.AZ/ Ağcabədi rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun S.İbrahimov adına 8 saylı tam orta məktəbinin direktoru Anar Qasımov müvafiq əmrlə rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Ağcabədi rayon təhsil şöbəsinin əvvəlki müdiri Mehdi Əkbər oğlu Əhmədov  Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsində apardığı yoxlamalar nəticəsində aşkar olunan nöqsanlara görə, vəzifəsindən azad olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycanda-mekteb-direktoru-rayon-tehsil-sobesine-mudir-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR