Azərbaycanda rayon mərkəzi xəstəxanalarından birinə yeni baş həkim təyin edilib

Azərbaycanda rayon mərkəzi xəstəxanalarından birinə yeni baş həkim təyin edilib
17:17 15 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 15 oktyabr. REPORT.AZ/ Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, A.Hüseynov bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini  Novruz Abbasov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR