Üzərində narkotik maddə daşıdığı ehtimalı edilən sürücünün avtomobili oğurladığı məlum olub

Üzərində narkotik maddə daşıdığı ehtimalı edilən sürücünün avtomobili oğurladığı məlum olub
17:27 15 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Post Patrul Xidmətinin əməkdaşları üzərində narkotik maddə daşıdığı ehtimalı edilən sürücünü saxlayarkən, onun idarə etdiyi avtomobilin Sumqayıt şəhərindən oğurlandığı aşkarlanıb. “Report”un məlumatına görə, 3 gün bundan əvvəl Sumqayıt şəhərində “10 OG 786” dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil oğurlanıb. Abşeron rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları Qubadlı rayon sakini 1986-cı il təvəllüdlü Məmmədov İmdad Fikrət oğlunu üzərində narkotik maddə daşıdığından şübhələnərək saxlayıblar. Bu zaman İ.Məmmədovun idarəetməsində olan 10 OG 786 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin onun tərəfindən oğurlanması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Məmmədovun əvvəllər məhkumluğu olub.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/uzerinde-narkotik-madde-dasidigi-ehtimali-edilen-surucu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR