Bu gün şair, publisist Nüsrət Kəsəmənlinin ölümündən artıq 13 il keçir.
Publika.az xəbər verir ki, şairin oğlu Rəşad Kəsəmənli şəxsi feysbuk səhifəsində atası haqqında təsirli status yazıb. Statusu olduğu kimi təqdim edirik.
“Onun yoxluğundan artıq 13 il keçir. Adam var sağlığında nə isə öyrədir, adam da var ki ölümü ilə insana nəsihət və böyük dərs verir. Mənə atam ölümündən sonra da çox şey öyrətdi. Həmişə deyərdi ki, “Məşhur idmançı idmandan vaxtında getməlidir ki, yaddaşlarda həmişə qalib kimi qalsın. Kiminsə əlindən tutub ona kömək etməsini atam heç xoşlamazdı. Bircə ölümə izin verdi əlindən tutmağa... Mən ata, dünya isə sevgi ortağını itirdi. Dünyanın dərdi daha ağır oldu. Allah bütün dünyanısını dəyişənlərə rəhmət eləsin!”
Aytən