Müğənnidən yeni iddia: “Məndən xərac istədi”

Müğənnidən yeni iddia: “Məndən xərac istədi”
18:31 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ötən ay makiyajçısı Dilək tərəfindən döyüldüyünü açıqlayan türk müğənni Tuğba Özerk bu dəfə yeni iddia ilə gündəmə düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı ifaçı evini dizayn etdirmək istədiyi Erol adlı memar tərəfindən təhdid edildiyini bildirib.

Tuğbanın sözlərinə görə, Erol ondan pul istəyib:

“Memar zənn etdiyim Erol mənə zəng edib təhdid edərək pul istədi. “Niyə?” deyə soruşdum, “Mənə xərac verəcəksən” dedi”.

İfaçı memarı məhkəməyə verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR