Müğənnidən yeni iddia: “Məndən xərac istədi”

Müğənnidən yeni iddia: “Məndən xərac istədi”
19:17 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ötən ay makiyajçısı Dilək tərəfindən döyüldüyünü açıqlayan türk müğənni Tuğba Özerk bu dəfə yeni iddia ilə gündəmə düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 36 yaşlı ifaçı evini dizayn etdirmək istədiyi Erol adlı memar tərəfindən təhdid edildiyini bildirib.

Tuğbanın sözlərinə görə, Erol ondan pul istəyib:

"Memar zənn etdiyim Erol mənə zəng edib təhdid edərək pul istədi. "Niyə?" deyə soruşdum, "Mənə xərac verəcəksən" dedi".

İfaçı memarı məhkəməyə verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR