Böhrandan istifadə edən insanların qazanclarından – 1 0 MİSAL

Böhrandan istifadə edən insanların qazanclarından – 1 0 MİSAL
19:42 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Böhran - yalnız itki demək deyil, həm də qazanc əldə etməyin vaxtıdır. Sual ancaq ondadır ki, kim bunu edir və nə cür buna nail olur.

Milli.Az fins.az-a istinadən bildirir ki, bu məqalədə dünyada baş vermiş faktlardan, yəni necə İnsanların böhran zamanıyeni ideyaların yaranmasından söhbət qedəcək.
1. Ukraynanın Lvov şəhəri bu zaman antiböhran bir kafe açıb. Kafedə çox həcmdə konservalar, darı, makaron, filtrsiz olan ucuz siqaret, və həmçinin üçlitrli balonlarda əhalidən yığılan pullar olub. Bununla kafenin sahibləri demək istəyirdilər ki, böhran zamanı pulları balonlarda saxlamaq daha təhlükəsizdir, nəyinkibanklarda. Kafedə olan yeməklər çox sadə idi, müştərilərə pulun artığını, pul ilə yox, tumla verirdilər. Menyuda olan yeməklərdən ən geniş yayılanı - suxari idir.
2. "Hyundai Motor America" şirkəti sığorta proqramını tətbiq etmişdir. Bu proqrama əsasən, alıcı əqdi bağlayan tarixindən sonraki bir il ərzində işsiz qalan hallarında avtomobili şirkətə qaytara bilərdi. Bununla belə, alıcının kredit tarixi pozulmuş hesab olunmurdu. Həmçinin avtomobili sürücülüq vəsiqəsi məhrum olma hallarında, əlillik aldıqda və ölüm hadisəsi baş verəndə qaytarmaq olardı.
3. İnsana hər hansı bir şeyi istifadəyə verəndə, sonra insan onu istəməyərək qaytarır. "Renault" şirkəti insan psixikasının bu qanununu tətbiq etmək qərarına gəldi. "Megane Hatch" adında yeni bir modelin irəliləməsi üçün, Fransız avtomobil istehsalçının Britaniya nümayəndəsi havayi bir neçə gün istifadə etmək məqsədilə bütün arzu edən insanlara həmin modeli təklif edir. Bununla belə, avtomobili ağzınacan dolu benzin bakı ilə sizin evinizə çatdırırlar.
4. İngilis sahibkarı və sudokunun fanatı Dave Mackie öz evini original bir üsulla satmaq qərarına gəlir. O lotereya təşkil edir, lotereyanın qalibinə ev çatacaq. Lotereyada iştirak etmək üçün, hökmən sudokunu həll etmək və bununla yanaşı 50 britaniya funtu ödəmək lazımdır. Ev İngiltərənin qərbində, Lankaşir şəhərində yerləşir, evin qiyməti 675000 funtdur. Əslində Dave Mackie onun evini almaq üçün 14000 şans satır. Pulun lazımi olan məbləği yığılan kimi, təsadüfi bir qayda ilə qalib seçilir (qonaqların, jurnalistlərin, vəkil edilmiş insanların iştiraki ilə). Qalib vergi və tranzaksiya xərclərini ödəmədən evin sahibi olur. Lotereyanın oynama müddəti bir ildir. Bu vaxt müddətində 14000 iştirakçı tapılmasa, seçilən qalib evin əvəzinə yığılan pul vəsaitinin sahibi olur, vəsait xüsusi bank hesabında yığılır.
5. Böhran zamanı bahalı mülkin saxlanılmasını ödəmək üçün, bəzi amerikalılar kino və reklam roliklərin çəkilişləri üçün mülki icarəyə verirdilər. Bir günün icarə haqqı təxminən 2-3 min ABŞ dolları təşkil edirdi. Bu məbləq evin ümumi saxlanılma xərcinin yarısını təşkil edirdi. Kommersiya mülkin (dükan, anbar, ofis) sahibləri də həmçinin öz mülklərini çəkiliş üçün təklif edirdilər. Yalnız o nəzərə alınmalıydı ki, kinoindustriyada böhran keçirdirdi və o zaman mülkə olan tələbat enirdi.
6. ABŞ-də ipoteka böhranı mülk bazarına neqativ təsir edirdi. O zaman müştəri tapmaq çox çətin məsələ olub. Los-Anjelesdə çoxmənzilli bir yeni evin sahibləri boş otaqların pəncərələrində striptiz oynayan insanların fiqurlarını yerləşdirirdlər. Maraq oyadan kölqələr teatrına oxşayan bir şey alınırdı. Əlbəttə ki, bu yazı idi. Amma həm alıcıları, həm də mediyanı cəlb edirdi.
7. Amerikada böhran ilə əlaqədar büdcədən təhsil sahəsinə xərclənən vəsaitlər azalmışdır. Bu zaman San-Dieqo qəsəbəsində "Ranço-Bernardo" məktəbin təsisatçısı siniflərin və təlim proseslərin maddi-texniki təminatını azaltmışdır. Riyaziyyat müəllimi Tom Farber test və kontrol işlərin blanklarında reklam üçün ayrılan yerləri satırdı. Reklamı hər adam ala bilməz. Farber iri pərakəndə şəbəkələrdən sponsorluğu qəbul etmirdi, amma ailəvi balaca mağazaların reklamını qəbul edirdi.
8. Striptiz - klub "Platinum Lounge" İngiltərənin Çester şəhərində yerləşir. Bu klub kompaniyalara reklamı görünən bir yerdə, məhz striptiz oynayan qadınların ombalarında yerləşdirilməsini təklif edirdi. Əslində bu futbolistlərin yaxud avtoqonşikların geyimlərində olan reklama bənzəyir. Klub ümid edirdi ki, bu yenilik müştəri tərəfindən bəyəniləcək.
9. Novosibirsk şəhərində yeni bir xidmət yaranmışdır - itlərin üstündə reklamın yerləşdirilməsi. "Promo-Dog" layihəsi - Rusiyada heyvanların media-daşıcısı kimi istifadə edilməsinin ilk komersiya təklifi idi. Belə bir qeyristandart reklam bəyənilmişdir. Bundan əlavə, heyvanlar, uşaqlar kimi müsbət emosiyalar törədir. Hazırda "Promo-Dog" mərkəzində müxtəlif növlü yüz əlli itin sahibləri reklama görə pul qazanırlar.
10. Böhran zamanı qiymətli kağızlar bazarına vəsaitləri yerləşdirmək məsləhət deyil. Avropada elə bir sayt yaranmışdır, hansı ki, investorlardan vəsait toplayır, həmin vəsaitlər cavan qızların və oğlanların model biznesində tanıması üçün istifadə olunurdu. Minimal məbləğ bir dollar idi. Əslində "Beauty Holding" sosial birja ilə yanaşı eyni zamanda agent kimi də çıxış edirdi. İnvestorlara uğurlu modellərin gələcək qazancıların payı təklif olunurdu - birinci ildə alınan məbləğin yarısı.
 
Gördüyünüz kimi, ağır şərait işgüzar insanları daha çox və yaxşı işləməyə məcbur edir. Onlar yeni ideyalar tapırlar, və ən əsas odur ki, onları reallaşdırırlar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/479728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR