Aşura günü niyə bütün müsibətlərdən böyükdür?

Aşura günü niyə bütün müsibətlərdən böyükdür?
19:42 15 Oktyabr 2016
354 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Hüseyn (ə) müsibəti ən böyük müsibət kimi tarixdə həmişə yad olunur. İmam Baqir (ə) Aşura günü İmam Hüseyndən (ə) bu sözləri eşitdiyini bildirmişdir: "Vay bu müsibətə, nə qədər də böyükdür. Nə qədər onun əzası İslamda, yer və göy əhli yanında ağır və bahadır".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir? Abdullah ibni Fəzl Haşimi adlı bir nəfər bu sualı İmam Sadiqə (ə) bu şəkildə vermişdi: "Ey Peyğəmbər övladı! Necə olur ki, Aşura günü müsibət, qəm və göz yaşı tökmək günüdür, ancaq Peyğəmbərin (s) vəfat günü, xanım Fatimənin (s.ə), Əmirəl-möminin (ə), İmam Həsənin (ə) şəhadət günü belə deyildir?". Həzrət Sadiq (ə) buyurur: "İmam Hüseynin (ə) (şəhid) olduğu gün başqa günlərdən daha böyük müsibətdir. Ona görə belədir ki, Allah Təala məqamında ən əziz olan Kəsa səhabələri beş nəfər idilər. O zaman ki, Peyğəmbər (s) onların arasından getdi, Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) sağ idilər. Nə zaman insanlar onlardan birinə nəzər salırdı, Peyğəmbərlə (s) olan vəziyyətini yada salırdı. Allahın Peyğəmbərinin (s) onunla danışığını və onun haqqında dediklərini xatırlayardı. O zaman ki, onların hamısı dünyasını dəyişdi, Allah dərgahının əzizlərini görməyi əldən verdilər, onların hər birini əldən vermək onların hamısını əldən vermək sayılmazdı, məgər İmam Hüseyni (ə) əldən verməkdən başqa. Çünki, o, onların ən axırıncı nəfəri idi. Ona görə də (onun öldürüldüyü) gün - ən böyük matəm günüdür".
 
Sonra Abdullah İmam Sadiqə (ə) başqa bir sual verir və deyir: "Ey Peyğəmbərin (s) oğlu! (Əgər Aşura böyük müsibət günüdürsə), bəs niyə səqifə əhli Aşura gününü bərəkət hesab edirlər?". İmam (ə) ağlayır və buyurur: "O zaman ki, Hüseyn (ə) öldürüldü, Şam əhli cəəl hədislə Yezidə (lən) yaxınlaşmaq istədilər. Ona görə də ümumi maldan mükafat aldılar. Onların cəəl etdiyi mövzulardan biri də bu idi ki, Aşura mübarək bir gündür ki, insanlar həmin günü nalə çəkmək və ağlamaq yerinə şadlansınlar və xoşhal olsunlar. Allah bizimlə onlar arasında qəzavət etsin!".
 
Bəni-Üməyyə və onun ordusu İmam Hüseynin (ə) qətl edildiyi günü qələbə günü hesab edir və belə bir adət çıxartdılar ki, hər kim bu günü bir illik ərzağını toplayar, həmin azuqə gələn ilə qədər ruzisinin artmasına səbəb olar. Ona görə də Əhli-beyt (ə) mənbələrində ərzaqın bu niyyətlə alınması qadağan edilmişdir.
 
Bəni-Üməyyənin başqa bir adəti bu idi ki, Aşura gününü bayram edərdilər və başqa bayram günlərində etdikləri sünnəti burada da davam edərdilər. Yeni paltar geyinər, sileyi-rəhm edər və bir-birini təbrik edərdilər.
 
Bu günə məxsus cəəl hədislər tərtib edib, xüsusi dualar uydurdular və adını da qoydular Aşura gününün duaları.
 
Allah Təala ümməti bu fitnələrdən amanda saxlasın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR