"Meydanda qar var idi?" - Zaur Svanadze

"Meydanda qar var idi?" -   Zaur Svanadze
19:47 15 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" - "Qəbələ" matçından sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Gürcü mütəxəssis yetirmələrindən razı qaldığını bildirib.


- Uşaqlardan razıyam. Futbolçularım yaxşı mübarizə apardılar, qol fürsətləri yaxaladılar. Təəssüf ki, matçın sonlarında sayıqlığı itirdilər. Buna baxmayaraq, gələcəyə nikbin baxıram.


- Həmkarınız örtüyün bərbad vəziyyətdə olduğunu bildirdi. Siz bu barədə nə düşünürsünüz?

- Meydanda qar var idi? Örtük salındığı dövrdəki kimi deyil. İndi rəhbərlik bu barədə düşünür ki, örtüyü dəyişsinlər. Ümumilikdə isə hər iki komanda eyni şəraitdə oynayırdılar.


- Nizami əvəzlənərkən, sanki etiraz etdi?

- Xeyr, dedi ki, bir neçə epizodda açıldı, ona ötürmə edən olmadı. (Futbolinfo.az)


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR