Cihazlar vasitəsilə izləməyin yolları - ehtiyatlı olun

Cihazlar vasitəsilə izləməyin yolları - ehtiyatlı olun
19:56 15 Oktyabr 2016
71 Şou
Ölkə mətbuatı
A- A+

Müasir smartfonların korpuslarının altında müxtəlif ötürücülər, sensorlar və bir sıra digər komponentlər vardır.

Axşam.az Technote-yə istinadən xəbər verur ki, bir çoxları mobil cihazdakı hiroskop funksiyasından və ya adicə batareyadan istifadə edərək izləməyin mümkün olduğunu düşünürlər.

1. Hiroskop vasitəsilə dinləmə

ABŞ və İsraildən olan tədqiqatçılardan ibarət qrup göstərib ki, hər bir mobil cihazda olan və mühitdə istiqamətlənmək üçün nəzərdə tutulmuş ötürücünü insanları dinləmək niyyəti ilə istifadə etmək olar. Məsələ burasındadır ki, hiroskop həssas sensorlardan ibarətdir. Həmin sensorlar isə öz növbələrində vibrasiyalı lövhə və çipdən ibarətdir. Zərərli tətbiq, ötürücünü səs dalğalarının yazılmasına kökləyə bilər. İlk dəfədən həmin siqnallar heç bir informativ xarakter daşımır. Lakin müxtəlif üsullar ilə siqnalları yaxşı kefiyyətə gətirəndən sonra onların sayəsində rahatlıqla 0-dan 10-kimi olan rəqəmləri təyin etmək olar. Beləliklə sizin bank kartınızın məlumatlarını asanlıqla ələ keçirmək olar.

2. Akselerometr vasitəsilə şifrələrin oğurlanması

Kaliforniya Universitetinin mütəxəssisləri smartfonun ekranındakı klaviatura vasitəsilə yazılmış şifrələrin oğurlanma üsulunu aşkar ediblər. Sürətləndirmə ötürücüsü (akselerometr) tərpətməni və cihazın vibrasiyasını müəyyən edir. Tədqiqatın müəllifləri Xao Çen və Lyan Tsay, TouchLogger adlı tətbiq yaradıblar. Həmin tətbiq telefonun ekranında yazılmış rəqəmləri 70%-lik dəqiqliklə müəyyən edərək məlumatları oğurlamağa qadirdir. Bu üsul reallaşdırılması baxımından çox qəlizdir və hər bir smartfon modeli üçün ayrı-ayrılıqda ayarlanmanı tələb edir. Lakin məlumatların oğurlanması yenədə mümkündür. Həmçinin akselerometr vasitəsilə məlumatların oğurlanması üçün digər bir üsul da mövcuddur. Həmin üsuldan istifadə edərək fiziki kompüter klaviaturasından məlumatları əldə etmək olar. Lakin bu halda mobil cihaz gərək klaviaturanın yanında olsun. Xüsusi tətbiq klaviaturadaki bütün düymələrinvirtual modelini yaradır. Bu, düymələri klikləyən zaman yaranan vibrasiyaların fərqi hesabına baş verir. Beləliklə bu üsul ilə qəliz olmayan şifrəni və ya pin-kodu oğurlamaq olar.

3. Batareya sizi izləyə bilər

Firefox, Chrome və Opera kimi brauzerlər HTML5 Battery Status API interfeysindən istifadə edir. Bu interfeys isə smartfon batareyasındakı enerji səviyyəsini və onun bitəcək müddəti haqqındakı məlumatları saytlara ötürür. Bu, enerjiyə qənaət etməkdən ötrü web səhifələrin daha yüngül versiyalarının istifadəyə verilməsi üçündür. Fransa və Belçika tədqiqatçıları müəyyən ediblər ki, bu məlumatların köməkliyi ilə batareyadakı enerji səviyyəsi ilə yanaşı həmçinin istifadəçinin harada yerləşdiyini müəyyən etmək mümkündür.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR