Başa çatmaqda olan həftədə Rusiya və Türkiyəni daha
da yaxınlaşdıracaq bir addım atıldı: oktyabrın 10-da “Türk
axını”nın iki xəttinin inşasına dair hökumətlərarası saziş
imzalandı. Moskva-Ankara xəttində müsbət hadisələrin baş verdiyi
bir vaxtda Moskva və Vaşinqton arasında xoşagəlməz proseslər
müşahidə edilir. Lozannada Suriya üzrə danışıqlar başlanıb. Eyni
gündə Türkiyə “Fərat Qalxanı” əməliyyatının növbəti mərhələsinə
start verib. İraqda isə Ankaranın işləri istədiyi kimi
getmir.
Dünyanın gözləri İstanbulda idi
Oktyabrın 10-da İstanbulda “Yeni üfüqlərə qucaq
açmaq” devizi altında 23-cü Dünya Enerji Konqresi işinə başladı.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış
edib.
Enerji mövzusunda Türkiyə və Azərbaycanı görməməzlikdən gəlməyin
mümkün olmadığını deyən dövlət başçısı iki ölkənin birgə enerji
layihələri icra etdiyini bildirib.
Azərbaycan qazının TANAP üzərindən Avropaya nəql ediləcəyini
bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün
yeni alternativ ortaya çıxacaq. Rusiya prezidenti
Vladimir Putin isəçıxışında neft istehsalçılarını
hasilatı dondurmağa və ixtisar çağırıb.
Gürcüstan parlamentində üç partiya təmsil
olunacaq
Gürcüstanda oktyabrın 8-də keçirilən parlament
seçkilərin nəticələrinə görə, üç partiya -
“Vətənpərvərlər Alyansı” (5 faiz), “Gürcü arzusu”
(48,6) hakim partiyası və Gürcüstanın sabiq prezidenti Mixail
Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyası (27,14
faiz) qanunverici orqanda təmsil olunacaq.
Keçmiş prezident Mixail Saakaşvilinin partiyası -
qələbə qazanmasa da, ekspertlər hesab edirlər ki, partiyanın siyasi
proseslərə böyük təsir olacaq. Xuxaşvili hadisələrin
inkişafının iki mümkün ssenarisinin açıqlayıb. Onun sözlərinə görə,
“Vahid Milli Hərəkat” “qısamüddətli yol” və ya “inqilabi ssenari”
üzrə gedə bilər.
Gürcüstanda Putin qalib gəldi: Saakaşvilinin İKİ SSENARİSİ
Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarına vəd verdiyi qələbə mümkün olmadı. Amma “Vahid Milli Hərəkat” əvvəlki kimi Gürcüstanda əsas müxalifət gücü olaraq qalır.
Yazar Ərdoğanın həyatını itirməsinə səbəb ola biləcək güclü bir
çevrilişin yaxınlaşmaqda olduğunu iddia edib. Rubin keçmişdə də
Türkiyə haqqında qələmə aldığı analizləri ilə diqqət çəkən bir
şəxsdir. 2016-cı ildə iyulun 15-dən bu günə qədər iki ayrı çevriliş
cəhdinin olduğunu ifadə edən Rubin hesab edir ki, üçüncünün yolda
olmadığını düşünmək səhvdir.
ABŞ-da Türkiyə düşməni “neocon” qruplarının tanınmış
şəxslərindən olan və kiçik Corc Buşun prezidentliyi dövründə Yaxın
Şərq üzrə məsləhətçi işləyən Rubin 2016-cı ilin martında Türkiyədə
hərbi çevriliş ehtimalının yüksək olduğunu açıqlamışdı.
Baş nazir bu həftə “Rudav” telekanalına verdiyi müsahibəsində
Başikadakı türk əsgərinin Mosul əməliyyatında iştirak etməyəcəyini
deyib və türk əsgərlərinin İraqdan çıxmasını tələb edib.
“Bu əməliyyatlara hansı ölkələrin qatılmasına ABŞ hökuməti yox,
İraq qərar verəcək. Bunu biz müəyyən etmirik”, - Kirbi
bildirib.
Görüşdən sonra Rusiya ilə Türkiyə arasında “Türk axını”nın iki
xəttinin inşasına dair hökumətlərarası saziş imzalanıb. Putin
Rusiya və Türkiyənin "Türk axını" layihəsinin müzakirəsi
çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəldiyini
açıqlayıb.
Rusiya prezidenti bildirib ki, Suriya ordusu ilə müxalif qruplar
arasında uzlaşma üçün təklifləri Türkiyəyə təqdim edib.
Rusiya parlamentinin yuxarı palatası Suriyanın Xmeymim təyyarə
bazasının Rusiya tərəfindən pulsuz və müddətsiz istifadəsi haqqında
razılaşmanı təsdiqləyib. Beləliklə, Moskva Suriya ilə bağlı
maraqların strateji və uzunmüddətli xarakter daşıdığını Qərbə, o
cümlədən ABŞ-a nümayiş etdirdi.
Putin “Rusiya çağırır” forumunda çıxışında ABŞ prezidenti Barak
Obamanın administrasiyası ilə dialoq aparmaq çətin olduğunu,
Amerika tərəfinin şərtlərini diktə etməyə cəhd etdiyini
bildirib.
“İndiki administrasiya ilə danışıqlar aparmaq çox çətindir. Axı,
dialoq praktik olaraq yoxdur. Administrasiyadan təkid edirlər ki,
ona lazım olanlar yerinə yetirilməlidir. Amma bu, dialoq deyil, bu,
hansısa birinin diktəsidir. Və belə demək olar ki, hər məsələ üzrə
eyni vəziyyətdir”, - Putin bildirib.