Qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?

Qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?
20:12 15 Oktyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Deyirlər ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb. Yezidin əsgərləri Kərbəla şəhidlərinin cəsədinin üstündən at sürəndən sonra atların nallarını təbərrük kimi qapıdan asmışdılar. Bu məsələ doğrudurmu?

Milli.Az islam.az-a istinadən bildirir ki, həqiqətən, bəzi mənbələrdə bu cür məlumatlara rast gəlirik. Məsələn, məşhur cəfəri alimi Kəracüki "əl-Təəccüb" kitabında bunu qısa şəkildə qeyd edib. İbn Ziyadın 10 əsgərinin Kərbəla şəhidlərinin cəsədi üzərindən tərsinə nallanmış atları sürməsi həqiqətən baş vermiş hadisədir. Həmin nalların Əhli-beyt düşmənləri tərəfindən təbərrük kimi götürülməsi də mümkündür. Lakin zənnimizcə, at nalının qapılara vurulmasının səbəbini bununla məhdudlaşdırmaq doğru deyil. Bu ənənə Kərbəla hadisəsindən çox-çox əvvəl türk xalqlarında mövcud idi. Türklər atı uğurlu heyvan sayırdılar (ərəb üçün dəvə nə qədər qiymətli və mühümdürsə, türk üçün at da o cür idi). Ona görə də at nalının uğur gətirəcəyinə inanır və qapıdan asırdılar. Çox güman ki, bu ənənə türklərin vasitəsilə müsəlmanların həyatına daxil olmuşdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR