Nizami Hacıyev: "Ən zəif cəhətimiz budur"

Nizami Hacıyev: "Ən zəif cəhətimiz budur"
20:22 15 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az sportal.az-a istinadən bildirir ki, Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində baş tutan "İnter" - "Qəbələ" (1-1) oyunundan sonra "İnter"in kapitanı Nizami Hacıyev sualları cavablandırıb:

- Oyun haqda nə deyə bilərsiniz?
- Müdafiədə oturmağımız qapımıza vurulan qolla nəticələndi. Bu gün iki xal itirdik. Ancaq ümumi götürsək, komandamız pis oynamadı. Gələcək oyunlara hazırlaşmalıyıq 
 
- Qapınızdan qol buraxdıqdan sonra fəallaşdız. Sankı qapınızdan qol keçməyini gözləyirdiniz...
- Bu, bizim qanımıza işləyib. Hər dəfə qol buraxdıqdan sonra oynamağa başlayırıq. Siz düzgün qeyd etdiniz ki, biz qol buraxdıqdan sonra yaxşı oynamağa başlayırıq. Yenə deyirəm, ikinci hissə başlayan kimi qol vurduq və tez bir zamanda müdafiəyə oturduq.  Bunun üzərində çalışmalı və lazım olan nəticəni çıxarmalıyıq. Məncə, tez müdafiəyə çəkilməməliyik. 
 
- Liderlə oyunda 1 xal qazanmağı sizin üçün yaxşı nəticə hesab etmək olar?
- Xeyr. Mən deməzdim ki, bu dəqiqə "Qəbələ" bizdən qat-qat güclüdü. Xeyr, "Qəbələ" bizdən heç də güclü deyil. Etiraf edim ki, "Qəbələ" yaxşı komandadı, onlar bizi Avropada təmsil edirlər. Amma bu gün biz öz oyunumuzu istənilən rəqibə göstərə bilirik. Baxmayaraq ki, "Qəbələ" turnir cədvəlində bizdən 4 xal irəlidədi. Ancaq heç nə bitməyib.  Heç kim deyə bilməz ki, hansı komanda çempion olacaq. Qarşıda uzun marafon var və əlimizdən gələni edib, öz yerimizi tutacağıq. 
 
- İlk hissədə yaxşı təsir bağışlamırdın. Nəsə problem var idi?
- Sözün açığı, ilk 15 dəqiqədə ayaqlarım tutulmuşdu. Ancaq sonradan özümə gəldim. Məncə, müəyyən qədər yorğunluq var idi. İkinci hissədər isə pis oynamadıq. Ancaq bundan da yaxşısını edə bilərik. 
 
- "İnter" ardıcıl üç oyunda öz meydanında xal itirir. Bu haqda nə deyə bilərsən?
- Bunu heç bir sindromla əlaqələndirmirəm. Sadəcə, hər dəfə fərqli nəticə qeydə alına bilər. 
 
- Mövsümün müəyyən hissəsi geridə qalıb. Bu dəqiqə komandada hansı çatışmayan cəhətlər var?
- Bizim ən böyük səhvimiz qol buraxdıqdan sonra müdafiədə oturmaqdı. Bunu aradan qaldırmaq lazımdı. Məncə, ən zəif cəhətimiz budur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR