Asif Məmmədov: "Bunu gözləmişəm və gözləyəcəm də"

Asif Məmmədov: "Bunu gözləmişəm və gözləyəcəm də"
20:22 15 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az sportal.az-a istinadən bildirir ki, Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində baş tutan "İnter" - "Qəbələ" (1-1) oyunundan sonra "İnter"in kapitanı Nizami Hacıyevin suallara cavablarını təqdim edir:

- Çətin oyun keçdi. Hesabda geri düşsək də, bərabərləşdirə bildik. Biz Qəbələdə gözəl stadionda oynayırıq, bunu hamınız bilirsiz. Meydanın vəziyyəti çox pis idi. Bunun ücbatından 2 əsas futbolçumuz zədələndi.

- Dmitri Bezotosnının "quru seriya"sı qırıldı...
- Nə vaxtsa qol buraxmalı idik. Bu günə qismət oldu.

- "İnter"lə ilk dövrədə də bacarmamışdınız...
- İlk dövrədə penalti epizodunu da qaşırmışdıq. Bu gün də pis oynamadıq. Səfərdə 1 xal pis deyil. İlk hissədə başabaş mübarizə apardıq. Qarşılaşmanın ədalətli nəticə deyərdim ki, heç-heçə idi.

- Bu gün meydanın mərkəzində oynadın. Çıxışından razı qaldın?
- Oyunun sonlarında belə oynadım. Baş məşqçimiz tapşırmışdı. Buna qıraqdan baxanlar qiymət verə bilər.

- "İnter"in kapitanı Nizami Hacıyev bildirdi ki, "Qəbələ"nin bizdən heç bir üstünlüyü yox idi.
- Bu, Nizaminin şəxsi fikirləridi. Bizim də, onların da qol imkanları oldu. Bir daha vurğulayıram ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.

- "Sent-Etyenn"lə oyundan əvvəl heyətdə 2 ciddi itki baş verdi. 
- Belə meydanlar olmasa, daha yaxşı olardı. Bu stadionlar futbol üçün çox təhlükəlidir. Mən "İnter" 8 il oynamışam və hər iki aydan bir zədələnirdim. Şükürlər olsun ki, "Qəbələ"də belə hallarla üzləşmirəm. Çünki təbii ot örtüyündə məşq edirik.

- "Sent-Etyenn"lə oyun barədə nə düşünürsüz?
- Sabahdan rəqibi araşdıracağıq.

- Son zamanlar çox parlaq çıxış edirsən. Robert Prosineçkidən təklif gözləyirdin?
- Əlbəttə ki, gözləyirdim. Hər bir futbolçu kimi bunu həmişə gözləmişəm və gözləyəcəm də.

- Dəvət gəlməyəndə məyus oldun?
- Bəli, məyus oldum.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR