“Qəbələ” ikinci dövrəyə heç-heçə ilə başladı

“Qəbələ” ikinci dövrəyə heç-heçə ilə başladı
20:23 15 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında yığma komandamızın matçları ilə əlaqədar yaranan 12 günlük fasiləyə yekun vurulub.

Oktyabrın 15-də milli çempionatda ikinci dövrəyə start verilib. VIII turun açılış oyunu “İnter Arena”da keçirilib. Mərkəzi görüşdə Bakının “İnter” klubu turnirin hazırkı lideri “Qəbələ”ni qəbul edib. Bu günədək ölkə çempionatlarında 33 dəfə üz-üzə gələn komandaların qarşılaşmasında qalıb müəyyənləşməyib və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Maraqlıdır ki, ardıcıl beş turdur qalib gələn və çempionat başlayandan bəri qapısında top görməyən “Qəbələ”nin seriyası qırılıb.

Oyuna meydan sahibləri fəal başlayıb. “Qəbələ” də rəqib qapısına yol tapmaq istəsə də, komandaların hücumları nəticə verməyib. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.

İkinci hissəyə də “İnter” hücumlarla başlayıb və bunun məntiqi nəticəsində meydan sahiblərinin heyətində Ağabala Ramazanov 48-ci dəqiqədə hesabı açıb-1:0. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam edib. Lakin qonaqlar hesaba tarazlıq gətirə bilib. Sergey Zenyov 69-cu dəqiqədə hesabı bərabərləşdirib.

Beləliklə, Bakı səfərində bir xalla kifayətlənən “Qəbələ” 20 xalla yenə turnir cədvəlinə başçılıq edir. “İnter” isə 16 xalla turnir cədvəlində ikinciliyi qoruyub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR