"Qəbələ"nin yarımmüdafiəçisi: "Bu, futbol adına təhlükədir"

"Qəbələ"nin yarımmüdafiəçisi: "Bu, futbol adına təhlükədir"
20:37 15 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov "İnter"lə matçdan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. 
"Report" A.Məmmədovun müsahibəsini təqdim edir:
- Oyun haqqında fikirlərin necədir?
- Gördüyünüz kimi çətin keçdi. Hesabda geri düşsək də, sonradan bərabərlik qolunu vura bildik. Qəbələdə necə meydançada çıxış etdiyimizi bilirsiniz. Burada meydançanın vəziyyəti həqiqətən çox pis idi. Bir neçə oyunçumuz da zədələnib matçı davam etdirə bilmədi. Meydançanın vəziyyəti yaxşı olsaydı, nəticə başqa cür olardı.
- Özün də axsayırsan, vəziyyətin necədir?
- Məndə elə bir şey yoxdur. Yüngül zərbə dəydi.
- Mövsümün ilk qolunu "İnter"dən buraxdınız. Bu haqda nə deyə bilərsən?
- Nə vaxtsa buraxmalı idik. Bu günə qismət oldu.
- Nəyə görə sizin “İnter”lə oyunlarınız alınmır? Mövsümün ilk oyununda da heç-heçə etmişdiniz, bu dəfə də...
- Birinci matçda yaxşı oynamışdıq. Penalti şansımızddan yararlana bilmədik. Bu gün də pis çıxış etmədik, xüsusilə də ikinci hissədə. Ancaq alınmadı, səfərdə 1 xal da pis deyil.
- Sanki "İnter" daha yaxşı oynayırdı axı...
- Mən elə deməzdim. Fikrimcə, başa-baş oyun getdi, ədalətli nəticə elə 1:1 idi.
- Bu gün sanki bir az mərkəzdə oynayırdın. Funksiyaların fərqli idi. Necə düşünürsən, öz oyunun alındı?
- Əvvəldən öz yerimdə, cinahda idim. Son 15-20 dəqiqə məşqçinin tapşırığı ilə mərkəzə keçdim. Necə alındığını kənardan görənlər daha yaxşı bilər.
- Nizami ("İnter"in futbolçusu Nizami Hacıyev – red.) deyir ki, bu gün onlar daha yaxşı oynadılar...
- O, Nizaminin öz fikridir. Hər iki komandanın qol imkanları oldu. Yenə deyirəm, fikrimcə ədalətli nəticə idi.
- İki oyunçunuz da sıradan çıxdı. "Sent-Etyen"lə oyunöncəsi itki komanda itki ilə üzləşdi...
- Düşünürəm ki, bu cür meydançalar olmasa, daha yaxşıdır. Bu, futbol adına çox təhlükəlidir. Özüm də bu meydanda çıxış etmişəm. 8 il çıxış etmişəm burada, demək olar ki, hər iki aydan bir zədələnirdim. Şükür ki, "Qəbələ"də belə bir şey yoxdur. Çünki təbii meydançadır.
- Avropa Liqasında qarşılaşacağınız “Sent-Etyen”lə bağlı nə düşünürsən?
- Artıq sabahdan etibarən bu oyun haqqında düşünəcəyik. Hələ ki, rəqibin heç bir oyununa baxmamışıq.
- Son vaxtlar formanda yüksəliş hiss olunur. Milliyə dəvət gözləyirdin?
- Əlbəttə ki, gözləyirdim. Hər bir futbolçu kimi mən də həmişə millidə çıxış etmək istəyirəm. Dəvət də gəlməyəndə, məyus oldum.



İmza: Rövşən ƏHLİMANOĞLU

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/qebele-nin-futbolcusu-bu-futbol-adina-tehlukedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR