Azərbaycan Premyer Liqasında 12 günlük fasilə başa çatıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün çempionatda II dövrəyə start verilib.
VIII turun ilk oyun günündə 2 qarşılaşma baş tutub ki, hər ikisi paytaxt Bakıda oynanılıb.
Təbii ki, əsas diqqətlər "İnter Arena"dakı görüşdə idi. Çünki turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan "İnter"lə "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. Mövsüm boyunca ilk 7 oyunda məğlubiyyət üzü görməyən və qol buraxmayan Roman Qriqorçukun yetirmələri bu dəfə də uduzmasalar da, qol buraxmamaq seriyası sona çatıb.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin oyunçusu Ağabala Ramazanovun vurduğu qola qonaqlar Sergey Zenyovla cavab verib.
"İnter" - "Qəbələ" - 1:1
Qol: Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"İnter Arena"
I dövrədəki oyun - 0:0
"İnter": 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 22. İlkin Qırtımov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 9. Pərdis Fərcad-Azad, 88. Məmməd Quliyev, 2. Sərtan Taşqın
Baş məşqçi: Zaur Svanadze
"Qəbələ": 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
Milli.Az