Hürrün azad insan olmasına nə səbəb oldu?

Hürrün azad insan olmasına nə səbəb oldu?
21:12 15 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Hürr ibni Ziyad Riyahi Aşura hdisəsinin böyük şəxsiyyətlərindən idi və bu insan bir anda özünü rəzil sifətlərdən təmizləyib, insanlıq dənizinə qoşulmuşdur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tarixin yazdığına görə, Hürr düşmən ordusunun niyyətini bilmirdi. Bilmirdi ki, İbni Ziyadın niyyəti İmam Hüseyni (ə) şəhid etmək idi. Elə fikirləşirdi ki, iş o yerə gəlib çatacaqdır ki, Ömər ibni Səd onu buraxacaqdır. Lakin o zaman ki, bu məsələnin ciddiləşdiyini hiss edir, başa düşür ki, İmamla (ə) vuruşmaq onun dünya və axirətini viran edəcəkdir. O, yaxşı bilirdi ki, Peyğəmbər (s) nəvəsinə əl qaldırmaq insanlıqdan uzaq bir əməldir. Bu fikir onu doğru yola hidayət etdi və başa düşdü ki, İmamla (ə) vuruşmaq böyük günüh olan bir əməldir. Bu fikir onu İmama (ə) tərəf çəkməyə başladı.
O, İraq ordusuna dedi ki, atını Fərat çayına aparır ki, orada sirab olsun. Çünki yaxşı bilirdi ki, əgər onun niyyətindən xəbərdar olsaydılar, onu həbs edər və məqsədindən çəkindirərdilər. O, ordudan uzaqlaşır, ancaq Fərat çayı yerinə İmamın (ə) xeyməsinə tərəf gedir. Bu an Hürrün mənəvi yüksəldiyi andır. Onun ədəb və həyası öz işini görür. Bir an belə düşünmür ki, əgər bu əməli etsəm, ailəmlə necə rəftar edəcəklər? Əzm edib İmama (ə) tərəf hərəkət etməyə başladı. İmama (ə) dedi: "Mən bilmirdim ki, onların niyyəti sizinlə vuruşmaqdır. Mən tövbə edirəm". İmam da qəbul edir.
Əslində döyüşün əvvəli Hürrün ordusunun İmamın (ə) qarşısını kəsməsi ilə başlamışdı. Ancaq Hürrün Əhli-Beytə (ə) olan ehtiramı və öz xatasını qəbul etməsi tövbəsinin qəbul olmasına səbəb oldu. İmam (ə) ona o qədər əlaqə göstərdi ki, şəhid olan zaman başının üstünə gəldi və buyurdu: "Necə ki, anan səni Hürr adlandırıb, dünya və axirətdə də azadsan".
Bəli, Hürrün bu məqama çatmasına səbəb olan amil, onun ədəb və həyası oldu. Ədəb və həya elə fəzilətli sifətlərdəndir ki, insana həyat yolunda çıraq olar, necə ki, Hürr üçün çıraq oldu.

Milliı.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR