Baxmaqdan doymayacağınız 8 alman filmi

Baxmaqdan doymayacağınız 8 alman filmi
21:13 15 Oktyabr 2016
102 Şou
Ölkə mətbuatı
A- A+

Sizə bir neçə dəfə müxtəlif ölkələrə aid film siyahıları təqdim etmişik. Bu siyahılar sayəsində siz maraqlı filmlər kəşf edə, ölkələrə xas fərqli mədəniyyətlərlə tanış ola bilirsiniz.

Bu gün isə növbə Almaniyadadır. Sizə bir-birindən maraqlı 8 alman filmini təqdim edirik. Baxın və alman kinosunu kəşf edin:

Die Welle

Faşizmin yoluxucu xəstəlik olduğunu bütün xırdalıqları ilə göstərən və sübut edən mükəmməl film. Sosial təcrübədən bəhs edən filmin rejissoru Dennis Ganseldir.

Soul Kitchen

Türk əsilli rejissor Fatih Akının çəkdiyi komediya filmi. Ssenarisini Adam Bousdouko və Fatih Akının birlikdə yazdığı film sevgilisi Almaniyadan Şanxaya köçən Zinos adlı restoran sahibinin həyatı barədədir.

Downfall

II Dünya Müharibəsinin sonuna doğru Adolf Hitlerin son günləri və Berlinin məğlubiyyətindən bəhs edən tarixi film. Filmin ssenarisi Joachim Fest adlı tarixçinin Inside Hitlers Bunker (Hitlerin Bunkeridə) kitabı və digər tarixi mənbələrdən istifadə edilərək yazılıb. Tarixə marağı olanların mütləq baxmalı olduğu bir filmdir.

The Lives of Others

Alman kinometoqrafiyasının ən populyar filmlərindən biridir. Film Şərqi Almaniyanın təhlükəsizlik orqanı (Ştazi) əməkdaşları tərəfindən Şərqi Berlinin mədəni həyatı üzərində total nəzarətdən bəhs edir. Filmin rejissoru Florian Henkel fon Donnersmarkdur.

Good Bye Lenin!

Tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqındadır. Filmdə gənclər infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün Sovetin hələ də mövcud olduğunu imitasiya edirlər.

Das Experiment

Əslində siyahının başında yer alan Die Welle ilə bir-birinə bənzəyən Oliver Hirschbiegel filmi Stanford həbsxanasında baş tutan təcrübəni göstərən bir digər fərqli alman filmidir.

Paris,Texas

Film Fransa və Qərbi Almaniyanın ortaq işidir, ancaq çəkilişlər ABŞ və İngilətərədə aparılıb. Rejissor Wim Wenders Amerikaya Avropalının gözü ilə baxır. Cannes da daxil olmaqla, bir çox önəmli mükafat alan bu filmi mütləq siyahınıza əlavə edin.

Run Lola Run

Film kompüter oyunu əsasında qurulub. Burada əsas film qəhrəmanına bir neçə həyat (cəhdlər) verilir. Lakin kompüter oyunundan fərqli olaraq, burada nə baş qəhrəman, nə də tamaşaçılar əvvəlcədən bu barədə bilmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/172309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR