Hicabı açmaq günahdır?

Hicabı açmaq günahdır?
21:37 15 Oktyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Hicab Uca Allahın qadınlara əmridir: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin..." (əl Əhzəb, 33). Bu əmrə tabe olanlar savab, asi olanlar isə böyük günah qazanırlar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Allahın əmrinə asi olaraq Cənnətə düşəcəyini güman etmək səhvdir. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə arxayınlaşdırıb tovlamasın!" (Loğman, 33).  
Hicab həmçinin qadının isməti, iffəti, həyası, hörməti, namusu və zinətidir. Hicablı qadınlar cəmiyyətimizdə hörmətlə qarşılanır və bu, milli mənəvi dəyərlərimizə də uyğundur.
Hicabı açmaq haqqında vəsvəsələr, əbədi Cənnəti müvəqqəti dünyaya dəyişmək istəyi iman zəifliyindən irəli gəlir, imanınızı və dini biliklərinizi artırın, özünüzü dində sizdən geridə olanlarla yox, irəlidə olanlarla müqayisə edin. Həmçinin mömin bacılarla da daha çox oturub-durun.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR