Yer kürəsinin mərkəzi nədən ibarətdir?

Yer kürəsinin mərkəzi nədən ibarətdir?
21:47 15 Oktyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz Yer kürəsinin mərkəzinə səyahət edə bilməsək də, lakin orada nə olduğunu müəyyənləşdirə bilərik.  Bir çoxlarımızın bildiyi kimi, planetin ən mərkəzi nüvədən ibarətdir. Ancaq biz heç vaxt nüvədə ola bilmərik.  

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yerin mərkəzi onun səthindən 6.000 km uzaqda yerləşir. Bu isə, olduqca ciddi rəqəmdir. Nüvə hətta biz insanların qazdığı ən dərin quyulardan belə 3.000 km aralıdadır. Bu səbəbdən də, insanlar heç vaxt ən dərin quyunu qaza və oraya gedib çıxa bilməyəcəklər. 
 
 Bəs görəsən nüvəyə çatmamağın səbəbi yalnız məsafədədir? Əlbəttə ki, yox, çünki bu qədər böyük və ciddi məsələnin səbəbi 1-dən çox olmalıdır. Belə ki, təzyiq fərqi,  ekstremal istilər və digər problemlər buraya daxildir. Xüsusən də, texnoloji yetərsizlik ən ciddi mövzulardan biridir. Həm təzyiqə, həm də dəhşətli istilərə davam gətirə biləcək bir qurğu hələ ixtira olunmamışdır. 
 
Dəmir kimi bərk maddələrin belə əridiyi temperatura malik olan nüvə çox fərqli quruluşludur. Həmin metalların ərimə temperaturu 6.000 C(selsi)-dən artıqdır. Bu səbəbdən də, heç bir insan "yerin mərkəzinə səyahət" planını həyata keçirə bilməz. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR