İmanı artırmaq üçün nə etmək lazımdır?

İmanı artırmaq üçün nə etmək lazımdır?
22:37 15 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

İmanın azalması problemi müsəlmanlar arasında geniş yayılmışdır və tez-tez bu cür şikayətlər edilir: "ibadəti həvəssiz edirəm", "günahdan əl çəkə bilmirəm", "dua edə bilmirəm" və s. Bu problem qəlblə bağlıdır, "qəlb" sözü isə ərəb dilində "təqallub" ("dəyişmə") sözündən götürülmüşdür. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Qəlbin qəlb adlandırılmasının səbəbi çox dəyişkən olmasıdır (təqallub). Qəlbin məsəli ağaca ilişib qalmış quş lələyinin məsəli kimidir. Külək onu ora-bura çevirir". (Əhməd, 4/408)
Uca Allah qəlbi islah etməyin vacib olmasını vurğulayaraq buyurur: " O gün ki (Qiyamət günü), nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (əş-Şuəra, 88-89)
Bu səbəbdən mömin həmişə qəlbinə baxmalı, ona pis təsir edən və imanını zəiflədən səbəbləri bilməli və onlardan çəkinməli, imanını artıran əməllər etməlidir.
Zəif imanın əlamətləri
Günahlar etmək və onlardan əl çəkə bilməmək
İbadətləri həvəssiz yerinə yetirmək
Yaxşı əməlləri azaltmaq
Qəlbin sıxılması və depressiya
Müsibət və sınaqlara dözümsüzlük
Dünyaya çox bağlanmaq və sevmək
Quran ayələrinin təsir etməməsi
Dua edə bilməmək
və s.
İmanın zəifləməsinin səbəbləri
Möminlərin əhatəsindən uzaq olmaq
Günahkarların əhatəsində olmaq
Dini öyrənməmək
Vaxtının həddən artıq çoxunu dünya işlərinə sərf edərək Allahı yad etməkdən uzaqlaşmaq
Vaxtının həddən artıq çoxunu ailəyə sərf edərək Allahı yad etməyə az vaxt ayırmaq
Uzun ömür yaşayacağına ümid etmək
və s.
 
İmanı necə artırmaq olar?
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir ki, "paltar köhnəldiyi kimi, iman da köhnəlir, köhnəlmiş paltarı yenisi ilə əvəz etdiyiniz kimi, imanınızı da təzələyin". (Hakim)
İman asiliklə (günahlarla) azalır, itaətlə artır. Bunun təsdiqi kimi, insanların açıq-saçıq geyindiyi, içki və digər günahlar işlənən məclisdə olarkən qəlbdəki imanla, qəbirstanlığa gedib ölümü yada salarkən imanı müqayisə etmək olar. İmanı artırmaq üçün səbəblərdən bəziləri bunlardır:
Quranı aramla, mənasını düşünərək oxumaq
Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali-İmran, 190-191)
Rəvayət edilir ki, bu ayələr nazil olduqda Allah Rəsulu (sallallahu aleyhi və səlləm) gecə namazında o qədər ağlamışdı ki, paltarı və yer yaş olmuşdu və buyurmuşdu: "Bu gecə mənə elə ayələr nazil oldu ki, onları oxuyub mənasını düşünməyənlərin vay halına!" (İbn Hibban)
Milli.Az zikr.az-a istinadən bildirir ki, o həmçinin demişdir: "Hud, Vaqiə, Mursəlat, ammə yətəsəəlun (ən-Nəbə), izə şşəmsu kuvvirat (ət-Təkvir) surələri saçlarımı vaxtından tez ağartdı" (Tirmizi)
Bu hədislər Quran ayələrini oxuyarkən mənalarını düşünməyin vacib olduğuna dəlalət edir.
Allahı yaxşı tanımaq üçün Onun ad və sifətlərini öyrənmək
Günah etməyin səbəblərindən biri də Allahı yaxşı tanımayaraq ondan layiqincə qorxmamaqdır, Allahın əzəməti, güc və qüdrəti Quranda müxtəlif cür təsvir olunur:
"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın" (əl-Ənam, 59)
"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır" (əz-Zumər, 67)
"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". O dedi: "Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən". Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: "Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!" (əl-Əraf, 143)
Dini öyrənmək
Uca Allah buyurur: "De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar" (əz-Zumər, 9)
Həqiqətən də, Allahın əmrlərini yaxşı bilən, qəbir əzabı, Qiyamətin dəhşəti, Cəhənnəm əzabı, Cənnətin gözəlliyindən xəbərdar olan, halal və haramları bilənlə dindən xəbəri olmayan cahilin imanı bir ola bilərmi? Dini öyrənmək üçün səhih mənbələrə əsaslanan dini kitablar oxumaq, buna vaxt olmadıqda isə çoxlu dini dərslərə qulaq asmaq lazımdır.
Möminlərin əhatəsində olmaq
Zikr məclislərində (Allah yad edilən məclislər) olmaq, möminlərlə oturub-durmaq, məscidə getmək və digər əməllər imanın artmasının səbəblərindəndir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allahın əli camaatla bərabərdir. Kim camaatdan ayrılarsa şeytan onu əhatə edər. Qurdun sürüdən ayrılan qoyunu qapıb qaçdığı kimi, şeytan onu qapıb qaçar" (Əhməd)
Yaxşı əməlləri çoxaltmaq
Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (radiyallahu anhu): "Mən" - deyə cavab verdi. Peyğəmbər yenə soruşdu: "Hansı biriniz bu gün  cənazəni təqib edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Pey­ğəmbər yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yediz­dirib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəm­bər yenə soruşdu: "Han­sı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar" (Muslim)
Bu sual qəflətən verilmişdi, Əbu Bəkr bu suallara hazır deyildi. Bu hədis onun hər zaman yaxşı əməllər işləməyə necə can atmasını göstərir.
İbadətləri çoxaltmaq
Uca Allah öz mərhəməti ilə bizə Onun razılığını qazanmağımız üçün müxtəlif ibadətlər göstərmişdir. Fərz ibadətlərdən sonra (5 vaxt namaz, zəkat, Ramazan orucu və s.) hər kəs özünə rahat gələn ibadət növünü seçərək Allaha yaxınlaşmağa və imanını artırmağa çalışa bilər. Məsələn, sədəqə vermək, nafilə oruc tutmaq, zikr və dualar etmək, gecə namazı və s.
Ölümü tez-tez xatırlamaq
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın" (Tirmizi)
"Sizə qəbrləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin. Həqiqətən də, qəlbləri ziyarət etmək qəlbi yumşaldır. Göz yaşı axıdır. Axirəti xatırladır". (Hakim, 1/376)
"Xəstələri ziyarət edin, cənazələrə (cənazə namazlarına) qoşulun ki, sizə axirəti xatırlatsın". (Əhməd, 3/48)
Allahı çox zikr etmək (xatırlamaq)
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahı tez-tez yada salın!" (əl-Əhzab, 41)
Şeytan insana günah işlər görməyi vəsvəsə edir, onu uzaqlaşdırmağın yolu isə Allahı zikr etməkdir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 36)

Dünyanın dəyərsiz və müvəqqəti olduğunu bilmək
Uca Allah buyrur: "Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir" (Ali-İmran, 185)
Özünü hesaba çəkmək
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır" (əl-Həşr, 18)
Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: "Hesaba çəkilməzdən əvvəl özünüz özünüzü hesaba çəkin!"
Allaha çox dua etmək
Qəlblər Allahın əlində olduğu üçün qəlbin islah olması üçün Allaha dua etmək lazımdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dua edərdi: "Allahım, sən qəlbləri dəyişdirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!" (Muslim, 2654)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28