Dünyanın ən zəhərli bitkisi

Dünyanın ən zəhərli bitkisi
22:47 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Heracleum mantegazzianum" və ya "Nəhəng Hogweed" adı ilə tanınan bitki olduqca təhlükəlidir. Belə ki, adicə bu bitkinin kök və ya yarpaqlarına toxunan zaman insanın ölmə riski artır. Belə ki, bu bitkinin kök və yarpaqları neyrotoksin maddəsi ilə əhatə olunmuşdur. Bu səbəbdən də, insan onunla təmasa girərsə, həmin maddə dəriyə keçər və oradan da birbaşa qana ötürülər. Nəticədə isə, ürək dayana bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, zəhərlənmənin ilkin əlamətləri isə, ağrı hiss etmə və dil tutulma hallarıdır.  Hogweed bitkisinə görə, zəhərlənən və sağ qala bilən insanlar günəş şüasına uzun bir müddət çıxa bilməzlər. Bunun səbəbi isə, bədəndə qalan zəhərin günəş sayəsində tezliklə yayılmasıdır. Həmin müddət isə, 7-10 il arasında dəyişir. Bundan əlavə, zəhərlənmə nəticəsində xeyli insan kor olmuşdur və hələ də müalicə edilə bilməmişdir.

Bu bitkinin meyvələri daha zəhərli və ölümcüldür. Araşdırmalar zamanı məlum olmuşdur ki, bir qrup insan meşədə hərəkət edərkən, Hogweed bitkisinin meyvələri ilə rastlaşıb və onları dəriblər. Daha sonra həmin meyvələrdən salat hazırlayıb, qəbul ediblər. Nəticədə isə, qusma, baş ağrısı və başqa problemlərlə qarşılaşıblar. Bir müddət sonra isə, həmin şəxslər keçiniblər.

Bu bitkiyə əsasən Cənubi Amerikanın Florida ərazisində rast gəlinir və onun olduğu ərazilər xüsusi taxta yazılarla xəbərdar edilmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR