Çavuşoğlu: "Lozanna danışıqları Suriyada atəşin dayandırılması sazişinə gətirib çıxarmadı"

Çavuşoğlu: "Lozanna danışıqları Suriyada atəşin dayandırılması sazişinə gətirib çıxarmadı"
23:07 15 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Biz Suriyadakı vəziyyətlə bağlı fikirlərlərimizi qeyri-rəsmi dəyişdik, ancaq atəşin dayandırılması haqqında hansısa müəyyən sazişə nail olunmadı. Bu, güman edilmirdi".
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində deyib.
O, qeyd edib ki, iştirakçıların fikirləri atəşin dayandırılması və loyal müxalifətlə bağlı mövqelərdə parçalanıb.
"Hamı, o cümlədən Türkiyə tərəfi barışığa nail olmaq və Hələbə humanitar köməyi çatdırmaq barədə fikirləri bölüşdü. İlk növbədə atəşin dayandırılmasına nail olmaq lazımdır, amma İŞİD terror qruplaşmasıyla mübarizə davam etdirilməlidir" – deyə Türkiyənin xarici işlər naziri bildirib.
Qeyd edək ki, Lozannada ABŞ, Rusiya və digər ölkə rəsmilərinin Suriya üzrə danışıqları keçirilib. Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, habelə Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir, İraqdan olan nazirlər iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/cavusoglu-lozanna-danisiqlari-suriyada-atesin-dayandirilmasi-sazisine-getirib-cixarmadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR