Lamborghini Centenario damsız qaldı - FOTO

Lamborghini Centenario damsız qaldı - FOTO
23:42 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Lamborghini" şirkəti superkar "Centenario"-nun üstü açıq modifikasiyasını - Roadster - təqdim edib. Mart ayında Cenevrə avtosalonunda göstərilmiş kupe kimi, rodsteri də İtaliya markasının əsasını qoyan Ferruçi Lamborqininin doğum gününün 100 illiyi münasibətilə hazırlayıblar. Yenilik Kaliforniyada "Monterey Car Week" avtoşousunda debüt edib.

Milli.Az auto.az-a istinadən bildirir ki, kupe kimi, rodster də tam idarə olunan şassi alıb. Kiçik sürətdə arxa təkərlər qabaq təkərlərin əksi istiqamətinə dönür və bu, manevri daha da yaxşılaşdırır və dönmə radiusunu azaldır. Yüksək sürətdə bütün təkərlər eyni istiqamətə dönür.

"Lamborghini Centenario Roadster"-i 6,5-litrlik atmosferli V12 mühərriki ilə təchiz ediblər. O, 770 a.g.-ə malikdir. Rodster ilk yüzlüyü 2,9 saniyəyə yığır - kupedən 0,1 saniyə gec. Maksimal sürət 350 km/saatdır.

Yeniliyi müvafiq olaraq qabaq və arxa hissədə 20-, 21-düymlük təkər diskləri, "Pirelli PZero" şinləri və karbon-keramikdən əyləc mexanizmləri alıb. Kupe kimi, rodster "Lamborghini Centenario" da məhdud sayda - 20 ədəd buraxılacaq. Hər birinin qiyməti isə 2 milyon avro olacaq. Hazırda bütün avtomobillər satılıb.
Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR