Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta” klubu növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, futbolçularımızın komandası Portuqaliya Kubokunun 3-cü turu çərçivəsində səfərdə "Leira” ilə qarşılaşıb.
Oyun "Boavişta”nın 2:0 hesablı qələbəsiilə yekunlaşıb. Kamran Ağayev start heyətində meydana çıxıb və sona qədər mübarizə aparıb. Eminin adı bu dəfə də iştirak ərizəsinə daxil edilməyib.
Fanat.Az