Miranda Kerrin evində cinayət - bıçaq və silah işə düşdü

Miranda Kerrin evində cinayət - bıçaq və silah işə düşdü
00:06 16 Oktyabr 2016
103 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış avstraliyalı model Miranda Kerrin Malibudakı evinə hücum olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə vaxtı 33 yaşlı model və oğlu Flinn Kristofer Blum evdə olmayıb.

Bıçaqlı şəxs villaya daxil olmaq istəyib. Həmn şəxs bıçala ona mane olmaq istəyən mühafizəçinin gözünə vurub. Mühafizəçi sayıqlığını itirməyib və naməlum şəxsə 4 dəfə güllə atıb. Güllələrdən biri cinayətkarın başına dəyib.

Hər ikis şəxs eyni xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Kerr həmin evi 2014-cü ildə almışdı. 2013-cü ildə Orlando Blumdan boşana model, “Snapchat”ın qurucusu Evan Şpigellə evlənməyə hazırlaşır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR