İraqda böyük müharibə başladı - SON DƏQİQƏ

İraqda böyük müharibə başladı - SON DƏQİQƏ
00:23 16 Oktyabr 2016
242 Dünya
Ölkə mətbuatı
A- A+

Bütün dünyanın bir neçə gündür Mosulda gözlədiyi hərbi əməliyyatlar başlayıb. Qaynarinfo.Az xəbər verir ki, bu barədə az öncə Doğan xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Mosulun Ərbil şəhərinin terrorçulardan azad olunmasına yönəlmiş hərbi əməliyyatlara bu gecə start verilib. Əməliyyatlarda ABŞ ordusuna bağlı topçu birliklər iştirak edir.

Mosulun mərkəzindən 20 km məsafədə yer alan Başika Cəbhəsi Peşmerge komandiri Ömer Hüseyn xəbərləri təsdiqləyib: "Başikada yerləşən ABŞ əsgərləri bölgəyə gəldikdən sonra ilk dəfə terrorçuların hədəflərini vurmağa başlayıb. Artleriya zərbələri davam edəcək".

Peşmerge komandiri bildirib ki, topçuların terrorçuların hədəflərini atəşə tutmasından sonra koalisiya qüvvələrinə məxsus təyyarələr də militanlara zərbə endirməyə başlayıb.

Ömer Hüseyn bildirib ki, terrorçular təyyarələrin hədəfləri görməməsi üçün rezin təkərlər və xam neft yandırmağa başlayıb: "Şəhərin ətrafında qazılan xəndəklərə doldurduqları xam nefti yandırmağa başlayıblar".

Anadolu Agentliyinin son dəqiqə xəbərinə görə, əməliyyatlara mərkəzi İraq hökumətinə bağlı Antiterror birlikləri də qoşulub. Onlar Mosulun mərkəzindən 40 km məsafədə yerləşən peşmerge güclərinin nəzarətindəki Hazır bölgəsində yerləşib. Adının açıqlanmasını istəməyən yüksək rütbəli hərbçinin verdiyi məlumata görə, Antiterror birliklərini ABŞ silahlandırıb, onlar bölgəyə 200 zirehli maşınla Bağdad və Ənbar əyalətindən gəlib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR