Koalisiya qüvvələri Yəməndə üsyançıların mövqelərinə zərbələr endirib

07:02 16 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada üsyançı husilərin mövqelərinə növbəti dəfə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr paytaxtın şərqindəki "Əl-Həfa" hərbi düşərgəsinə endirilib. İtkilər barəsində məlumat verilmir.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələriilə üsyançı "Ənsar Allah" hərəkatı arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2015-ci ilin martından qarşıdurma daha da aktib fazaya keçib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/koalisiya-quvveleri-yemende-usyancilarin-movqelerine-zerbeler-endirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR