İraqın Hərbi Hava Qüvvələri Mosula şəhərdə əməliyyat keçiriləcəyi barədə vərəqələr atıb

08:37 16 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ İraqın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının işğalı altında olan Mosula şəhərdə əməliyyat keçiriləcəyi barədə minlərlə vərəqələr atıb.
"Report" xəbər verir ki, bu barədə "CNN" xəbər yayıb.
Məlumata görə, vərəqələrdə mülki sakinlərə yaxın vaxtlarda şəhərin azad edilməsi əməliyyatının başlanacağı bildirilir.
"İraqı İŞİD-dən tamamilə azad etməyin vaxtı gəldi",- deyə İraqın baş naziri Heydər Əl-Abadinin Mosul sakinlərinə yönəlmiş müraciətindən sitat gətirən vərəqələrin birinin başlığında qeyd edilib.
"Biz Mosulun azad edilməsi əməliyyatına və regionda təhlükəsizliyi, sabitliyi qaytarmağa hazırlaşırıq" – deyə başqa vərəqədə qeyd edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR