Kaliforniyada pikap tipli avtomobil idarəetmədən çıxaraq San-Diyeqo-Koronado yolundakı körpüdən festivala toplaşan kütlənin üstünə düşüb, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər ölüb, daha 9 nəfər isə xəsarət alıb.
Məlumata görə, idarəetmədən çıxan avtomobil yol kənarındakı maneəni uçuraraq 18,2 metr hündürlükdən Çikano parkının ərazisinə düşüb.
Qeyd edək ki, sürücü qəza nəticəsində yüngül xəsarət alıb. Onun sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə həbs olunacağı gözlənilir.
Milli.Az