Bakı-Qazax yolunun kənarındakı yeməkxana yandı

Bakı-Qazax yolunun kənarındakı yeməkxana yandı
09:54 16 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  Qızılburun kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı yeməkxananın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Qeyd edək ki, yanan yeməkxana Bakı-Qazax magistralının kənrında yerləşir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR