"Kərpic" sammiti başlandı

"Kərpic" sammiti başlandı
10:37 16 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Qoa əyalətində  BRİKS (Braziliya, Rusiya, Çin. Hindistan və Cənubi Afrika Respublikası) təşkilatının VIII sammitinin rəsmi açılış mərasimi olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl BRİKS liderlərinin qeyri-formal görüşü şənbə günü qeyri-formal şam yeməyində baş tutub.
 
Həmin gün liderlər Hindistanın milli paltarında fotoşəkil çəkdiriblər. Bu gün liderlər öncə görüşlər keçirəcək, birgə sənədlər imzalayacaqlar. İmzalanacaq sənədlər arasında yaxın perspektivdə prioritetləri müəyyənləşdirən Qoa Bəyannaməsi, o cümlədən iqtisadiyyat, maliyyə və humanitar sahələrdə əməkdaşlıqla bağlı sənədlər var. 

* Qurumun ingiliscə adının abbreviaturasının (BRİCS) tələffüzü bu dildəki "kərpic" (brick) sözünün tələffüzü ilə oxşardır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR