Avtomobil "Qanlı dərə"yə aşdı - sürücünün vəziyyəti ağırdır

Avtomobil "Qanlı dərə"yə aşdı - sürücünün vəziyyəti ağırdır
11:14 16 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.

 

Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi  “Lada Priora” markalı "99 GD 997" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq “Qanlı dərə” adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR