Bir gecədə 150 yeraltı təkan – SAKİNLƏR TƏŞVİŞ İÇİNDƏ

Bir gecədə 150 yeraltı təkan – SAKİNLƏR TƏŞVİŞ İÇİNDƏ
11:43 16 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın şimalında 5,3 bal gücündə zəlzələ baş verib.

Publika.az-ın məlumatına görə, “ERT.” telekanalı Afina Seysmoloji Universitetinin laboratoriyasına istinadən xəbər verib.

Məlumatda bildirilir ki, bununla yanaşı, 5 bal gücündə bir neçə yeraltı təkan qeydə alınıb. Habelə onlarla zəif təkanlar hiss edilib.

İlk zəlzələ 5,3 bal gücündə, yerli vaxtla saat 23:14-də qeydə alınıb. Zəlzələ ocağı paytaxtdan 340 kilometr şimal-qərbdə qeydə alınıb. Bundan bir dəqiqə sonra 4,1 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

Gecə ərzində 4 bal gücündə 10, 5 bal gücündə isə 3 dəfə zəlzələ baş verib. Ümumilikdə gecə ərzində 150 təkan qeydə alınıb.

Seysmoloqlar Yunanıstanın aktiv seysmik zonaya daxil olduğunu vurğulayıblar. Qeyd edək ki, zəlzələlərin hiss edildiyi ərazilərdə yaşayan sakinlər qorxu içindədirlər.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR