Böyük Britaniya hökumətinə xəbərdarlıq

Böyük Britaniya hökumətinə xəbərdarlıq
12:12 16 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Əgər Böyük Britaniya liderləri Avropa İttifaqından çıxmaq (Brexit) prosedurunu davam etdirərlərsə, Şotlandiyanın müstəqilliyi ilə əlaqədar təkrar referendum keçiriləcək. 

APA-nın DW  nəşrinə istinadən verdiyi məlumata görə, bunu Şotlandiya Milli Partiyasının qapalı qurultayında ölkənin birinci naziri Nikola Stercen bəyan edib.
 
N. Stercen Şotlandiyanın Avropa İttifaqında saxlanılması üçün tədbirlərin görüləcəyini vəd edib. Birinci nazir qeyd edib ki, Böyük Britaniya hökuməti Şotlandiya iqtisadiyyatına zərbə vursa, ölkə sakinləri "yaxşı gələcək" seçmək üçün yeni bir şans əldə edəcəklər. N. Stercen deyib ki, Şotlandiyanın gələcəkdə də Avropa İttifaqının daxili bazarına çıxışı olmalıdır: "Mən heç vaxt şübhə etməmişəm ki, Şotlandiya nə zamansa müstəqil olacaq. İndi isə mən buna daha çox inanıram".
 
Qeyd edək ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib. Şotlandiyada da əhalinin 62 faizi Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasını dəstəkləyib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR