İçki masası arxasında qanlı dava: ölən var

İçki masası arxasında qanlı dava: ölən var
12:29 16 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonu, Arzu kəndində 1972-ci il təvəllüdlü, Novruzov İlqar Məmmədəli oğlu bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lent.az "Report"a istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan yaralını xilas etmək mümkün olmayıb.

İlkin informasiyaya əsasən, İlqar Məmmədəli oğlu Novruzovla Gündüz Əli oğlu Məhərrəmov bir yerdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra aralarında xoşagəlməz söz-söhbət yaranıb. Nəticədə Gündüz Əli oğlu Məhərrəmov İlqar Məmmədəli oğlu Novruzovu  bıçaqlayıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun böyük köməkçisi Əlibala Şahverənovun verdiyi məlumata görə rayonun hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Hadisə ilə bağlı prokurorluq qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR