FHN İmişlidəki zəlzələ ilə bağlı məlumat yaydı

FHN İmişlidəki zəlzələ ilə bağlı məlumat yaydı
12:59 16 Oktyabr 2016
110 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi bu gün İmişlidə baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən 16 oktyabr 2016-cı il tarixində Bakı vaxtı ilə saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə İmişli rayonu ərazisində, 12 km dərinlikdə, 4,5 maqnituda gücündə zəlzələ qeydə alınması ilə bağlı məlumat daxil olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR