Azərbaycanlı futbolçu Latviyada 36-cı qolunu vurdu

Azərbaycanlı futbolçu Latviyada 36-cı qolunu vurdu
13:27 16 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Latviya I liqasında XVII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" doğma meydanda "Valmiera" ilə qarşılaşıb. 


Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 67-ci dəqiqədə mübarizəyə qoşulub.


Oyunda hesabı komandasının bombardiri olan Vüqar açıb. O, 3-cü dəqiqədə fərqlənib. Amma komandası hər hissədə bir qol buraxmaqla meydanı məğlub tərk edib. Əsgərov 85-ci dəqiqədə sarı vərəqə də alıb.


Bu oyunda da fərqlənməklə Əsgərov vurduğu qolların sayını 36-ya çatdırıb. Həsənəliyev isə cari mövsümdə 10 qol vurub.


Qeyd edək ki, geridə qalan turlarda 56 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-latviyada-36-c-qolunu-vurdu-t53381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR