34 yaşlı səhiyyə naziri vəfat etdi

34 yaşlı səhiyyə naziri vəfat etdi
14:32 16 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə Litvanın səhiyyə naziri Yuras Pojela 34 yaşında  vəfat edib. 

APA-nın BNS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Litva Sosial-Demokrat Partiyasının nümayəndəsi Alqirdas Sisas bildirib.
 
Y. Pojela Vilnüsdə xəstəxanada ölüb. Avqust ayında mədəaltı vəzin soyuqdəyməsi (pankreatit) xəstəliyi ilə xəstəxanaya yerləşdirilib və müalicəyə başlanılıb.
 
Qeyd edək ki, Y. Pojelabu bu ilin martında səhiyyə naziri təyin edilib. Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Y. Pojelanın timsalında Litva gənc, perspektivli, gəncliyinə baxmayaraq, insanların etimadını qazanmış bir siyasətçini itirib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR